Qəbələ Beton Zavodu

Beton sifarişi üçün:

(99451)315-0805 / (99477)715-0805

“Qəbələ Beton Zavodu” 2022-ci il tarixində Qəbələ şəhərində, Dəmiraparan çayın sağ sahilində qurulmuşdur.

İstehsal gücü 90 m3/saat  beton qurğusu Türkiyənin öz sahəsində lider şirkəti olan “Seda İnşaat Taahhut ve Ticaret LTD. Şirkətinin” istehsalı olan “Semix Beton Santralı” dır.

Qəbələ Beton Zavodu tərəfindən istehsal olunan beton Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən sertifikatlaşdırılmışdır və sertifikasiya prosesi mütəmadi davam etdirilir.                        (Sertifikat № AZ031 ASİ.35.01.01499.22)

İstehsal prosesində istifadə olunan əsas və köməkçi xammal materialları bütün uyğunluq sertikatlarına sahibdir və istehsala cəlb olunan materiallar Qəbələ Beton Zavodunun labaratoriyasında və eyni zamanda xüsusi akreditə olunmuş keyfiyyət müəsisələrində yoxlanılır.

Qəbələ Beton Zavodu tərəfindən istehsal olunan bütün beton partiyalarından nümunələr götürülür və zavodun labarotoriyasında xüsusi texniki proslərdən keçirilərək sındırılır, nəticələr analiz edilir. Nəticələrin daha dəqiq olması üçün eyni zamanda götürülən nümunələr digər akreditə olunmuş labarotoriyaların mütəxəsisləri tərəfindən təkrar yoxlanılır.

İstehsal etdiyimiz betonun keyfiyyəti — istehsal proselərinin dəqiq, şəffaf və bütün texniki prosedur qaydalarına riayət olunması müştərilərimizdən gələn razılıqla bir daha təsdiqlənir.

Прокрутить вверх