10 noyabr 2022-ci il tarixində “Qəbələ İnşaat” MMC tərəfindən Qəbələ şəhəri, Dəmiraparan çayın sağ sahilində yeni, müasir Beton İztehsalı Zavodunun açılışı olmuşdur.
İstehsal gücü 90 m3/saat beton qurğusu Türkiyənin öz sahəsində lider şirkəti olan “Seda İnşaat Taahhut ve Ticaret LTD. Şirkətinin” istehsalı olan “Semix Beton Santralı” dır.
Qəbələ Beton Zavodu tərəfindən istehsal olunan beton Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən sertifikatlaşdırılmışdır və sertifikasiya prosesi mütəmadi davam etdirilir.(Sertifikat № AZ031 ASİ.35.01.01499.22)
